Vasyuqan bataqlığı
Vasyuqan bataqlığı — Dünyanın ən böyük bataqlıqlarından biri. Qərbi Sibirdə, Ob və İrtış çayları arasında, əsasən Tomsk vilayətinin daxilində yerləşən Vasyugan düzənliyinin ərazisində yerləşir. Ərazisinin bir hissəsi Novosibirsk və Omsk, Tümen vilayətləri və Xantı-Mansi muxtar dairəsində yerləşir
2007-ci ildən bəri Vasyuqan bataqlıqları UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmaq üçün namizəd olmuşdur.
Bataqlığın sahəsi 53 min km² (müqayisə üçün: İsveçrənin sahəsi 41 min km²), qərbdən şərqə qədər uzunluğu 573 km, şimaldan cənuba isə 320 km-dir.
Vasyuqan bataqlığı təxminən 10 min il əvvəl yaranmış və bu gündə belə davamlı olaraq artmaqdadır. Son 500 il ərzində müasir ərazilərinin 75% formalaşmışdır. Bataqlıqlar bölgədəki təmiz su mənbəyidir (su ehtiyatı 400 km³). Burada 800 minə yaxın kiçik göl var. Bir çox çaylar bataqlıqlardan qaynaqlanır, xüsusən: Ava, Bakçar, Bolşoy Yuqan, Vasyuqan, Demyanka, İksa, Karqat, Kyunqa , Nyurolka, Kiçik Tartaş, Tartaş, Kiçik Yuqan, Om, Parabel, Parbiq, Tara, Tui, Uy, Çay, Çertal, Çizhapka, Çuzyk, Çulym, Şeqarka, Şiş.
Bataqlıqda torfun böyük ehtiyatları var.